De Byazi üç futbolçunu heyətdən kənarlaşdırdı
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi bu gün səfərdə Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının I tur oyunu üçün "23-lüy"ü müəyyənləşdirib.
Sportline.az xəbər verir ki, 66 yaşlı mütəxəssis dəvət etdiyi 26 oyunçudan 3-nü heyətdən çıxarmalı olub.
De Byazi Anton Krivotsyuk, Abbas Hüseynov və Coşqun Diniyevin xidmətindən yararlanmamağı qərara alıb.
Qeyd edək ki, bu gün "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Milli 3 gün sonra Serbiyanın Novi Sad şəhərində Belarusla üz-üzə gələcək.