De Byazi sualları cavablandıracaq

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 17-də, saat 23:45-də “Josi Bartel” stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu ərəfəsində hər iki komandanın mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərinin vaxtı müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bu gün əvvəlcə Lüksemburqun baş məşqçisi Lyuk Holtsun, sonra isə millimizin çalışdırıcısı Canni De Byazinin mətbuat konfransı olacaq.

Azərbaycan milli komandası

16 noyabr

Saat 17:30. Mətbuat konfransı

Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Lüksemburq milli komandası

16 noyabr

Saat 15:00. Mətbuat konfransı

Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: Tədbirlərin saatı yerli vaxtla göstərilib.