De Rossinin gedişindən sonra “Roma”ya kimin rəhbərlik edə biləcəyi məlum olub

"Roma" klubu bu gün rəsmi olaraq baş məşqçi De Rossi ilə yollarını ayırdığını açıqlayıb.

Sportline.az La Gazzetta dello Sport-a istinadla xəbər verir ki, paytaxt klubu baş məşqçi postuna Dortmund "Borussiya"sının sabiq çalışdırıcısı Edin Terçizi gətirməyi düşünür.

2022-ci ildən 2024-cü ilə qədər Almaniya klubunu çalışdıran Terziç bu müddət ərzində komanda ilə çıxdığı 96 oyunda 1.93 xal ortalaması toplayıb. Komanda onun rəhbərliyi altında ötən mövsüm Çempionlar Liqasında gümüş medalların sahibi olub.

Qeyd edək ki, "Borussiya"dan ayrıldıqdan sonra işsiz olan 41 yaşlı mütəxəssis bir dönəm "Vest Hem" və "Beşiktaş"da köməkçi məşqçi vəzifəsini icra edib.