Dele Alli İtaliya klubuna keçə bilər

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Dele Alli karyerasını A Seriyasında davam etdirə bilər.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, "Cenoa" klubu 28 yaşlı futbolçu ilə maraqlanır.

Alli 2023-cü ildə "Beşiktaş"da çıxış edərkən ciddi zədə alıb və o vaxtdan bəri yaşıl meydanlardan uzaq qalıb.

Qeyd edək ki, yayda "Everton" ilə müqaviləsi bitən futbolçu azad agent statusu daşıyır.