Dəniz Yılmazın taleyinə aydınlıq gəldi

Azərbaycan millisinin üzvü - Dəniz Yılmazın "Bursaspor"dakı taleyinə aydınlıq gəlib. SportLine.az xəbər verir ki, yeni baş məşqçi - Pol Le Quen futbolçunun xidmətində maraqlı deyil. İntizamsızlığı ilə seçilən hücumçu komandadan göndəriləcək.

Məlumata görə, 29 yaşlı futbolçu karyerasını Türkiyədə davam etdirəcək. "Osmanlıspor" və Super Liqaya yenicə vəsiqə qazanan "Göztəpə" D.Yılmazı heyətində görmək istəyir.

Qeyd edək ki, D.Yılmazla yanaşı, Kristobal Xorkera, Rikardo Fati və Sərcan Yıldırım da komandadan kənarlaşdırılacaq.