Depay "Barselona" ilə razılaşdı

“Lion”un futolçusu Memfis Depay gələn yay “Barselona”ya keçməyə razılaşıb.

Sportline.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 26 yaşlı hücumçu Kataloniya klubu ilə 2021-ci il 1 iyuldan qüvvədə olacaq 4 illik müqavilə imzalamaq üçün anlaşıb.

Futbolçu “Barselona”ya azad agent kimi keçəcək. Həmçinin Depay komandadakı ilk ilindən sonra maaşının azalmasını da qəbul edib.

Oyunçu transferin sürətlənməsinin və qışda “Barselona”ya keçməsinin tərəfdarıdır. Lakin belə olacağı halda klub “Lion”a 30 milyon avro ödəməli olacaq.