Dibala "İnter"ə nə vaxt keçir?

"İnter" "Yuventus"un hücumçusu Paulo Dibalanın transferini gələn həftənin əvvəlində elan edəcək.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, iyunun 20-si və ya 21-nə kimi Milan klubu 28 yaşlı argentinalı oyunçu ilə müqavilənin bağlanması ilə bağlı xüsusi videoçarx hazırlayacaq.

Dibala ötən mövsüm "Yuventus"un heyətində 39 oyunda 15 qol vurub və 6 qolun ötürməsini verib. Onun klubla müqaviləsi bu ayın sonu başa çatır.

Banner