Dieqo Kosta yenidən Premyer Liqada

“Vulverhempton” Dieqo Kosta ilə müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, bu haqda İngiltərə Premyer Liqa təmsilçisinin saytı məlumat yayıb. Müqaviləyə əsasən, o, hazırkı mövsümün sonuna qədər yeni komandasında çıxış edəcək.

Qeyd edək ki, Braziliya əsilli ispaniyalı futbolçu 2014-17-ci illərdə də İngiltərə Premyer Liqasında -  “Çelsi”də oynayıb. O, bu komandayla iki dəfə ölkə çempionu olub.