Dmitri Nazarov ən yaxşı futbolçu seçildi
Azərbaycan millisinin üzvü Dmitri Nazarov çıxış etdiyi "Ertsqebirge Aue" klubunun ən yaxşı futbolçusu olub. SportLine.az klubun saytına istinasən xəbər verir ki, 1400 azarkeş arasında keçirilən səsvermədə 33% azarkeşin etimadını qazanan D.Nazarov ilin ən yaxşısı olub.
Komandanın kapitanı Martin Mannel ikinci (26%), Kristian Tiffert üçüncü (12%) olub.
Qeyd edək ki, D.Nazarov bu il Aue təmsilçisi ilə Almaniya II Bundesliqasında 11 qol vurub.