Donnarumma: "İtaliyanı siyahıdan silməyin"

Avropa çempionatının başlanmasına iki gün qalır.

Sportline.az xəbər verir ki, yarışın favoritləri sırasında İtaliya millisinin də adı hallanır.

Komandanın qapıçısı Canluici Donnarumma yarışla bağlı fikirlərini səsləndirib.

"Bəzi komandalar mox güclüdürlər. Məsələn, Fransa, İngiltərə. Amma, bu siyahıdan İtaliyanı silmək olmaz. Biz də öz sözümüzü demək iqtidarındayıq. Ən azı finaladək irəliləmək istəyindəyik", - deyə Donnarumma UEFA-nın saytında sualı cavablandırıb.

Qeyd edək ki, son Avropa çempionatının finalında İngiltərəyə qalib gələn İtaliya millisi kuboku başı üzərinə qaldlrmışdı.