"Dortmund" və "Bayer" transfer yarışına girib

"Çelsi"də icarə əsasında çıxış edən ingiltərəli futbolçu Ceydon Sanço karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportline.az "Give Me Sport"a istinadən xəbər verir ki, "Borussiya Dortmund" və "Bayer" Sançonun xidmətində maraqlıdır.

25 yaşlı vinger müqavilə əsasında "Mançester Yunayted" klubuna məxsusdur.

Qeyd edək ki, Sanço bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 2 qol və 6 asistlə yadda qalıb.