Dünya çempionatı təxirə salındı

Futbol üzrə klublararası dünya çempionatı təxirə salınıb.

Sportline.az xəbər verir ki, FIFA bu qərarı koronavirus pandemiyası ilə əlaqədar qəbul edib.

Öncədən yarışın dekabrın sonlarında təşkili nəzərdə tutulmuşdu. Yeni qərara əsasən, çempionat 1 - 11 fevral 2021-ci ildə Qətərdə keçiriləcək.

Təşkilatçı ölkə iştirakçıların sağlamlıq və təhlükəsizliyinə təminatı verib.