Dünya çempionatının final matçı "Santyaqo Bernabeu"da keçiriləcək

2030-cu il futbol üzrə dünya çempionatının final matçı Madriddə keçiriləcək.

Sportline.az xəbər verir ki, həlledici oyuna "Santyaqo Bernabeu" stadionu ev sahibliyi edəcək.

Bu haqda İspaniyanın nüfuzlu "Marca" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, final qarşılaşmasına Mərakeş Futbol Federasiyası da namizd olsa da, "Real"ın FİFA ilə isti münasibətləri məsələni ispanların xeyrinə həll edib.

Qeyd edək ki, 2030-cu il dünya çempionatı 6 ölkədə təşkil olunacaq.

İlk oyunlar Argentina, Paraqvay və Uruqvayda, əsas görüşlər isə İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək.