Dünya çempionu Jerom Boatenq karyerasını Avstriyada davam etdirəcək

Almaniya millisi ilə 2014-cü ildə Dünya çempionu olan Jerom Boatenq Avstriyanın LASK klubuna keçib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 35 yaşlı müdafiəçi yeni klubu ilə 2 illik razılıq əldə edib.

Təcrübəli futbolçu son olaraq İtaliyanın "Salernitana" klubunda çıxış edib.

Boatenq 2011-2021-ci illərdə "Bavariya"da çıxış edib və ümumilikdə 363 oyuna çıxıb.O, Münxen komandası ilə doqquz dəfə Almaniya çempionu olub, iki dəfə isə Çempionlar Liqasını qazanıb.

Qeyd edək ki, LASK klubu Avstriya liqasında mövsümü 3-cü sırada tamamlayıb.