Dünya reytinqi: "Qarabağ" və "Neftçi" geriləyib, "Sabah"la "Zirə" irəliləyib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Sportline.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 507 komandadan ibarət siyahıya Azərbaycanın dörd təmsilçisi düşüb.
Beş pillə geriləyən "Qarabağ" (183,75 xal) 53-cü sırada yer alıb. 15 pillə irəliləyən "Zirə" (62,25 xal) 369-cudur.
17 pillə irəliləyən "Sabah" (60,75) 388-ci, beş addım geriləyən "Neftçi" (59,25 xal) isə 403-cüdür.
Qeyd edək ki, dünya reytinqinə “Mançester Siti” (401 xal) başçılıq edir.