Dünyanın ən çox qol vuran qapıçısı karyerasını bitirdi

"San-Paulu"nun əfsanəvi qapıçısı Rojerio Seni karyerasını başa vurub. SportLine.az xəbər verir ki, dünyanın ən məhsuldar qapıçısı 42 yaşında futbolla vidalaşmağa qərar verib. 

Peşəkar futbol həyatına 1990-cı ildə başlayan Seni 1992-ci ildən "San-Paulo"da çıxış edib. Qapıçı bu müddətdə 1237 matçda meydana çıxıb və 131 dəfə fərqlənib.

Qeyd edək ki, Rojerio Seni 2008-ci ildə Braziliyanın ən yaxşı futbolçusu seçilib.