Elmar Qasımov zirvəni əldən verdi

Cüdoçuların yeni reytinq cədvəli açıqlanıb. Sportline.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının yeni siyahısında, seçmə komandamızın üzvlərindən Elmar Qasımov zirvədəki mövqeyini itirərərk,  4-cü pilləyə enib. Təcrübəli idmançımız  Elxan Məmmədov isə irəliləyib. Avropa və dünya çempionumuz 100 kq çəki dərəcəsində 3-cü yerə yüksəlib.

Təmsilçilərimizdən İlqar Müşkiyev (60 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Aişə Qurbanlının (48 kq) mövqeyi dəyişməyib. Onlar  müvafiq olaraq, 30-cu, 18-ci və 36-cı yerdədilər.

Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Hidayət Heydərov (73 kq) 2, Uşanqi Kokauri (+100 kq) 3, Rüstəm Orucovla (73 kq) Xanım Hüseynova (63 kq) müvafiq olaraq, 4-cü, 8-ci, 7-ci, 25-ci, 2-ci və 44-cü yerdə qərarlaşıblar.