Emin Mahmudov: “Qələbə qazanmaq istəyirik”

“Bizi yaxşı rəqiblə oyun gözləyir”.

Sportline.az xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov deyib.

Millinin üzvü Qazaxıstan seçməsi ilə keçiriləcək yoldaşlıq oyunundan əvvəl mətbuat konfrasında iştirak edib. O, rəqib komandanın son illərdə inkişafda olduğunu bildirib: “Qazaxıstan yığması müdafiədə yaxşı oynayır, sürətli əks-hücuma keçir. Son illər inkişaf ediblər. İki il əvvəl onlarla qarşılaşmışdıq. Eyni səviyyədə oyunu göstərmək və qələbə qazanmaq istəyirik. Milli komandanın forması altında hər matça qalibiyyət üçün çıxmalıyıq. Sabahkı görüşdə də azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik”.

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan oyunu sabah Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.