"Empoli" gürcüstanlı futbolçunu heyətinə qatacaq

"Empoli" "Torino"da forma geyinən Saba Sazonovu icarə əsasında heyətinə qatacaq.

Sportline.az xəbər verir ki, bu barədə jurnalist Nikola Skira məlumat yayıb.

Mənbənin sözlərinə görə 22 yaşlı müdafiəçi "Empoli"də uğurlu çıxış edəcəyi təqdirdə onunla 1+3 illik müqavilə imzalanacaq.

Sazonov ötən mövsüm "Torino" ilə 12 oyun keçirib.Futbolçunun transfer dəyəri 2.8 milyon avrodur.

Qeyd edək ki, əvvəllər Rusiya millisində çıxış edən gənc futbolçu 2022-ci ildən Gürcüstan millisində oynamağa qərar verib.