Emrelinin komandası ikinci matça çıxır

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) bu gün yoxlama oyununa çıxacaq. 

Sportline.az xəbər verir ki, Xorvatiyanın son çempionu Sloveniyanın 2-ci liqasında mübarizə aparan "Nafta" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

"Dinamo" görüşün afişasında millimizin futbolçusunun fotosunu yerləşdirib.

Xatırladaq ki, Zaqreb klubu Sloveniyadakı ilk yoxlama matçında Şimali Makedoniya təmsilçisi "Şkendiya"ya 3:0 hesabı ilə qalib gəlib.  Qolları Josip Drmiç, Komnen Andriç və Bruno Petkoviç vurub. Emreli hemin matçın əsas heyətində yer alıb və ikinci hissədə əvəzlənib.