Entoni məşqlərə qayıdır
"Mançester Yunayted"in hücumçusu Entoni komanda ilə məşqləri bərpa edib və "qırmızı şeytanlar"ın növbəti matçında iştirak edə bilər.
Sportline.az xəbər verir ki, sentyabrın 10-da “Mançester Yunayted” 23 yaşlı futbolçunu bir neçə qızın zorakılıq iddiası ilə məşq etməyi dayandırıb. Futbolçunun özü təqsirli olduğunu qəbul etmir. Klub polisin araşdırması davam edərkən Antoni ilə bağlı vəziyyəti nəzarətdə saxlayacaqlarını qeyd edib.
Antoni 2022-ci ilin avqustundan “Mançester Yunayted”də çıxış edir. 2023/24 mövsümündə forvard 4 komanda oyununda iştirak edib.