Erik Ten Haq: “Joze Mouriyo böyük məşqçidir”

“Mançester Yunayted”in niderlandlı çalışdırıcı E.Ten Haq “Fənərbağça” matçı öncəsi mətbuat konfransı keçirib.

Sportline.az xəbər verir ki, 54 yaşlı mütəxəsis “Fənərbağça”nın böyük komanda olduğunu söyləyib.

“Fənərbağça” böyük komandadır. Onların əla məşqçisi var. İstanbulda bizi çətin matç gözləyir. Joze Mourinyo böyük məşqçidir. Saysız kuboklar qazanıb karyerası ərzində. Ona böyük hörmətim var. Azarkeşləri çox maraqlı matç gözləyir”, - deyə Erik Ten Haq bildirib.

Qeyd edək ki, “Fənərbağça” – “Mançester Yunayted” matçı 24 oktyabr saat 23:00-da başlayacaq.