Erməni prezident vəzifəsindən kənarlaşdırıldı

Rusiya Premyer Liqasının prezidenti Aşot Xaçaturyants postunu tərk edib.

Sportline.az xəbər verir ki, bu barədə erməni funksioner "Match TV"-nin efirində məlumat verib.

Xaçaturyants bu posta 2021-ci ilin iyununda yiyələnmişdi.

54 yaşlı sabiq prezident Rusiya Futbol İttifaqının Hakim Ekspert Komissiyasının rəhbəri vəzifəsində qalır.