Etoonun istefasını tələb edirlər
"Barselona"nın və "Anji"nin keçmiş futbolçusu, hazırda Kamerun Futbol Federasiyasının prezidenti Samuel Etoo korrupsiyada ittiham olunur.
Sportline.az “Marca”ya istinadla xəbər verir ki, ölkənin futbol liqası FİFA prezidenti Canni İnfantinoya müvafiq məktub göndərib. Məktubda Kamerun çempionatının nümayəndələri Etoonun tutduğu vəzifədən uzaqlaşdırılmasını tələb ediblər.
Qeyd olunur ki, keçmiş hücumçu korrupsiya ilə yanaşı, danışılmış oyunları təşkil etməkdə də ittiham olunur. Bu barədə iyulun 19-da "Sport News Africa" məlumat yayıb.