Farioli "Fənərbağça"nın baş məşqçisi ola bilər
"Fənərbağça"da prezidentliyə namizəd Hakan Safi klubun sükanı arxasına Françesko Fariolini gətirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ertan Süzgün məlumat yayıb.
İtaliyalı mütəxəsis hazırda "Porto" klubunu çalışdırır.
Qeyd edək ki, Farioli daha əvvəl Türkiyədə "Fatih Karagümrük" və "Alanyaspor"da işləyib.