"Feliks "Barselona"da oynamaq arzusunda olduğunu deyəndə mən kabus yaşamağa başladım"
"Atletiko Madrid"in sabiq futbolçusu Paulo Futre hücumçu Joao Feliksin "Barselona"ya icarəyə verilməsi ilə bağlı fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, Futre buna təəccübləndiyini bildirib.
“Feliks “Barselona”da oynamaq arzusunda olduğunu deyəndə, mən bu günə qədər davam edən kabusu yaşamağa başladım. Feliksin qolu sayəsində "Barsa"nın "Atletiko Madrid" ilə matçda Çempionlar Liqasının qalibi ola biləcəyini təsəvvür etmək qorxuncdur. Mən Joaonun uğur qazanmasını istəyirəm, amma bu bir qarışıqlıqdır”, – "Mundo Deportivo" Futrenin sözlərindən sitat gətirib.
2023/24 mövsümündə 23 yaşlı portuqaliyalı bütün turnirlərdə "Barselona"nın heyətində 4 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. İcarə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.