"Fənərbağça" "Mançester Yunayted": Düşərgələrdəki son durum
Bu gün Avropa Liqasında Liqa mərhələsinin 3-cü turunun oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, gecənin ən maraqlı oyunu İstanbulda gözlənilir. Söhbət “Fənərbağça”- “Mançester Yunayted” matçından gedir.
Heyətlərə nəzər saldığda meydan sahiblərində əsas itki Brayt Osayi Samauel və İsmayil Yüksekin adı ilə bağlıdır. “Mankunyanlar”da isə itkilərin sayı kifayət qədərdir. Hari Maquayr, Coni Evans, Kobi Meyno, Leni Yoro, Luk Şou, Meyson Mount,Kasemiro və Tayrel Malaisyadır. Sözügedən futbolçular zədədən əziyət çəkirlər. Bruno Fernandeş isə “Porto” ilə matçda aldığı qırmızı vərəqə səbəbindən matçda iştirak edə bilməyəcək.
Bakı vaxtı ilə 23:00-da başlanacaq görüşü fransalı hakim Kleman Turpen idarə edəcək.