"Fənərbağça"da ayrılıq

"Fənərbağça" ulduz futbolçusu ilə yollarını ayırır.

Sportline.az xəbər verir ki, bu iddia ilə Braziliya mediası çıxış edib. Fredin İstanbul klubunu tərk etmək istədiyini deyilir.

Braziliyalı futbolçunun ölkəsinin köklü klublarından olan "Atletiko Mineiro" ilə anlaşdığı qeyd olunub. Məlumata görə, Fred "Atletiko Mineiro"nun yerləşdiyi Horizento şəhərində özünə dəbdəbəli ev alıb.

Qeyd edək ki, Fred bu mövsüm "Fənərbağça" forması ilə 45 oyuna çıxıb. O, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.