"Fənərbağça"nın keçmiş futbolçusu Rumıniya klubunun prezidenti olub

1998-2000-ci illərdə "Fənərbağça"da çıxış edən ruminiyalı Viorel Moldovan "Rapid Buxarest" klubunun prezidenti seçilib.

Sportline.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat verib.

Hücumçu mövqeyində çıxış edən Moldovan türkiyə klubunda keçirdiyi 59 oyunda 34 qol və 10 asistlə yadda qalmışdı.

Qeyd edək ki, "Rapid Buxarest" Rumıniya liqasında ötən mövsümü 6-cı pillədə tamamlayıb.