"Fənərbağça"nın oyunçusu İtaliya klubunun radarına düşüb

"Fənərbağça"nın braziliyalı futbolçusu Joao Pedro yenidən İtaliyaya qayıda bilər.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 32 yaşlı hücumçunun xidmətində "Salernitana" klubu maraqlıdır.

2022-2023 mövsümünün əvvəlində "Kalyari"dən "Fənərbağça"ya 4.68 milyon avro qarşılığında transfer olunan Pedro, İtaliyada "Palermo"nun da formasını geyinib.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Qremio"da keçirən Joao Pedro meydana çıxdığı 45 oyunda 3 qol vurub, 1 asist edib.