"Fənərbağça"nın yeni baş məşqçisi ictimaiyyətə təqdim olundu
"Fənərbağça" klubu yeni baş məşqçisini təqdim edib. SportLine.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Aykut Kocamanla razılığa gəlib. Onunla iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, A.Kocamanın bundan öncəki iş yeri "Konyaspor" olub.