"Ferensvaroş"un baş məşqçisindən maraqlı açıqlama
"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Ferensvaroş"un baş məşqçisi olan Stanislav Çerçesov turnirin hazırkı formatınından narazılığını ifadə edib.
Sportline.az xəbər verir ki, o, qitənin ən nüfuzlu klub turnirinin adının dəyişdirilməsini təklif edib.
58 yaşlı rusiyalı mütəxəssis bildirib ki,:
“Düşünürəm ki, Çempionlar Liqasını başqa cür adlandırmağın vaxtı çatıb. Biz çempionuq. Bununla belə, öz ölkəsində beşinci və ya altıncı yerləri tutanlar artıq turnirin qrupunda yerini təmin edib. Bizim üçün isə hələ qarşıda çox rəqiblər var. Əvvəllər asan idi. Amma indi? Ölkə çempionu üçün hətta Konfrans Liqası da təmin edilmir. Bu normaldır?"