"Ferentsvaroş" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Macarıstan "Ferentsvaroş"unun futbolçusu Henri Uinqo zədələnib.

Sportline.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stanislav Çerçesov açıqlama verib.

Rusiyalı mütəxəssis bildirib ki, ABŞ-dan olan 27 yaşlı müdafiəçi Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununu buraxacaq.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.