Fernando Santuş Türkiyə mediasının tənqidinə məruz qalıb
"Beşiktaş" klubunun təcrübəli çalışdırıcısı Fernando Santuş Türkiyə mediasının tənqidinə məruz qalıb.
Sportline.az Fotomaç.com-a istinadla xəbər verir ki, portuqaliyalı mütəxəsisin bu mövsüm "Beşiktaş"dakı uğursuzluğu azarkeşlərin və Türkiyə mediasının diqqətindən yayınmayıb.
İdman jurnalistləri "Beşiktaş" klubunun təcili olaraq Fernando Santuşla yolları ayırmalı olduğunu bildiriblər.
Qeyd edək ki, "qara-qartallar"ın rəsmiləri portuqaliyalı məşqçiyə mövsüm sonunadək şans verəcəklərini bildiriblər.