Fernando Torresin yeni klubu açıqlanıb

İspaniya futbolnun əfsanə oyunçularında  Fernando Torres "Atletiko Madrid"in B komandasına baş məşqçi təyin olunub. 

Sportline.az xəbər verir ki, daha Atletikonun U-19 komandasını çalışdıran 40 yaşlı Torres, yeni işinə görə həyəcanlı olduğunu bildirib.

Torres futbolçuluq karyerasında "Liverpul", "Çelsi" və yetirməsi olduğu "Atletiko Madrid"in formasını geyinib.

Qeyd edək ki, keçmiş futbolçu İspaniya milli komandası ilə 2008 və 2012-ci illərdə Avropa Çempionatının, 2010-cu ildə isə Dünya Kubokunun qalibi olub.