Qattuzonun yeni klubu rəsmən müəyyənləşdi

 

"Marsel" italiyalı mütəxəssis Cennaro Qattuzonun komandanın yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb.

Sprotline.az xəbər verir ki, bundan əvvəl Fransa klubuna Marselino Toral başçılıq edirdi. Onun istefası sentyabrın 20-də elan edilib.

Qattuzonun son klubu 2022-ci ilin iyulundan 2023-cü ilin yanvarına kimi çalışdığı "Valensiya" olub.

Hazırda "Marsel" Liqa 1-in turnir cədvəlində 8-ci yerdədir. Komanda 6 turda 9 xal toplayıb.