"Feynoord"un yeni baş məşqçisi bilinib

"Feynoord' klubu "Liverpul"a göndərdiyi Arne Slotun boşluğunu danimarkalı mütəxəssislə dolduracaq.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, Hollandiya klubu "Sparta Praqa"nın çalışdırıcısı Brayan Priske ilə razılıq əldə edib.

Rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı bildirilib.

Qeyd edək ki, bu mövsüm Çexiya klubunun "sükanı arxasında" 54 oyuna çıxan mütəxəssis 37 qələbə, 8 heç-heçə və 9 məğlubiyyət yaşayıb.