"Fiorentina" Xorvatiya millisinin oyunçusu ilə güclənib

"Fiorentina" "Leççe"dən Marin Ponqraçiçi heyətinə qatdığını açıqlayıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Florensiya təmsilçisi 26 yaşlı müdafiəçi ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.

Transfer məbləği 15 milyona avro təşkil edib.

Qeyd edək ki, Ponqraçiç ötən mövsüm A Seriyasında 36 oyun keçirib. O, Avro 2024-də ölkəsinin İspaniya (0-3) və İtaliyaya (1-1) qarşı keçirdiyi oyunlarda 90 dəqiqə meydanda olub.