"Fiorentina"dan "Latsio"ya

"Latsio" "Fiorentina" ilə müqaviləsi başa çatan Qaetano Kastrovilini rənglərinə qatıb.

Sportline.az xəbər verir ki, paytaxt klubu 27 yaşlı futbolçu ilə 2027-ci ilə qədər müqavilə imzalayıb.

Ötən mövsüm bənövşələrin heyətində 7 oyuna çıxan yarımmüdafiəçi 1 qol və 2 asistlə yadda qalıb.

Qeyd edək ki, Kastrovili 4 dəfə İtaliya milli komandasının formasını geyinib.