"Fiorentina"nı "Bolonya"ya dəyişdi
"Fiorentina"nın sabiq baş məşqçisi Vinçenzo Italiano "Bolonya"ya rəhbərlik edəcək.
Sportline.az xəbər verir ki, 46 yaşlı mütəxəssislə müqavilə 2 illik imzalanıb.
Qeyd edək ki, "Bolonya" daha əvvəl Tiaqo Motta ilə yolların ayrıldığını açıqlamışdı.