"Fransa Avropa çempionatının favoritidir"
"Yuventus" və Fransa millisinin sabiq hücumçusu David Trezege AVRO:2024-lə bağlı proqnozunu açıqlayıb.
Sportline.az xəbər verir ki, məşhur forvard vaxtilə formasını geyindiyi komandanı favorit hesab edir.
"Fransa favoritdir. İtaliyaya gəldikdə isə onlar da yarışın qəhrəmanlarından biri olmağa çalışacaqlar. Spaletti bunu açıq şəkildə bildirib", - deyə Trezege "CalcioMercato"ya fikrilərini bölüşüb.
Qeyd edək ki, Fransa millisi iyunun 14-də başlanacaq Avropa çempionatının qrup mərhələsində Avstriya, Niderland və Polşa ilə eyni qrupda mübarizə aparacaq.