Fransa klubu baş məşqçi ilə yollarını ayırıb
Liqa 1 təmsilçisi "Strasburq"da baş məşqçi ayrılığı yaşanıb.
Sportline.az Fransa klubunun rəsmi hesabına istinadla xəbər verir ki, 48 yaşlı mütəxəssis Patrik Viera ilə yollar ayrılıb.
Qərar tərəflərin razılığı əsasında qəbul edilib.
Viera 2023-cü ilin iyul ayından "Strasburq"da çalışırdı. Komanda onun rəhbərliyi altında çıxdığı 38 oyunda 13 qələbə, 9 bərabərlik və 16 məğlubiyyət yaşayıb.
Qeyd edək ki, Viera buna qədər "Kristal Pelas", "Nitsa" və "Nyu York" klublarında baş məşqçi vəzifəsini icra edib.