Fransa millisində virus şoku

Bu gün başlanacaq Avropa çempionatının əsas favoritlərindən biri Fransa millisidir.

Sportline.az xəbər verir ki, əksər mütəxəssislər məhz bu kollektivi baş mükafata layiq görürlər.

Yarışqabağı "xoruzlar"ın düşərgəsində narahatlı yaşanmaqdadır.

Belə ki, Fransa millisinin bəzi futbolçularında qrip virusu aşkarlanıb.

Onlardan biri də komandanın lideri Kilian Mbappedir. 

Onunla yanaşı, Kinqsli Komannın da virusa yoluxduğu bildirilir.

Həkimlərin qənaətində sözügedən futbolçular Avstriya ilə oyuna qədər sıraya dönə biləcəklər.