Fransa Super Kubokunun sahibi müəyyənləşib
İsrailin paytaxtı Təl-Əvivdəki "Blümfild" stadionunda PSJ və "Nant" komandaları arasında Fransa Super Kuboku uğrunda oyun keçirilib.
Sportline.az xəbər verir ki, matç Paris klubunun böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Hesabı 22-ci dəqiqədə Lionel Messi açıb. 45+5-ci dəqiqədə Neymar fərqi artırıb.
57-ci dəqiqədə Serxio Ramos PSJ-nin üçüncü qolunu vurub. Son nöqtəni isə 82-ci dəqiqədə Neymar dəqiq penalti zərbəsi ilə qoyub.
Qeyd edək ki, mövsümlərarası fasiləsində PSJ-də baş məşqçi dəyişikliyi gerçəkləşib. Komandanı tərk edən argentinalı Maurisio Poçettinonu fransalı Kristof Qaltye əvəzləyib.