Fransa Xorvatiyaya uduzub, Danimarka Avstriyanı məğlub edib
UEFA Millətlər Liqasında IV turun növbəti matçları keçirilib.
Sportline.az xəbər verir ki, turun ikinci oyun günündə A, B və C Liqalarında 5 görüş baş tutub.
A Liqasının 1-ci qrupunda lider Danimarka Avstriyanı qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb. Axırıncı pillədəki Fransa isə Xorvatiya ilə ev oyununda məğlubiyyətə uğrayıb - 0:1. Bununla da son dünya çempionlarının qrup lideri ola bilməyəcəyi dəqiqləşib.
Rusiyanın diskvalifikasiyası fonunda B Liqasının 2-ci qrupunda yeganə görüşü İslandiya və lider İsrail arasında olub. Matç məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.
Nəhayət, C Liqasında 3-cü qrupun liderlik uğrunda matçında Qazaxıstan Slovakiyanı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 10-a çatdıran Qazaxıstan ən yaxın izləyicisini 4 xal geridə qoyub. Azərbaycan millisi isə qrupda ilk qələbəsini Belarus üzərində qazanaraq, 4 xalla 3-cü pilləyə qalxıb.
UEFA Millətlər Liqası
IV tur
13 iyun
A Liqası
1-ci qrup
22:45. Danimarka - Avstriya - 2:0
Qollar: Yonas Vind, 21. Andreas Skov Olsen, 37
22:45. Fransa - Xorvatiya - 0:1
Qol: Luka Modriç, 5 (pen.)
Xal durumu: Danimarka - 9, Xorvatiya - 7, Avstriya - 4, Fransa - 2
B Liqası
2-ci qrup
22:45. İslandiya - İsrail - 2:2
Qollar: Yon Daqur Torstaynsson, 9. Torir Yohan Helqason, 60 - Daniel Leo Qretarsson, 35 (öz qapısına). Dor Perets, 65
Xal durumu: İsrail - 5, İslandiya - 3, Albaniya - 1
C Liqası
3-cü qrup
18:00. Qazaxıstan - Slovakiya - 2:1
Qollar: Yan Voroqovski, 18. Elxan Astanov, 39 - Matuş Bero, 51
20:00. Azərbaycan - Belarus - 2:0
Qollar: Mahir Emreli, 76. Ramil Şeydayev, 90+3
Xal durumu: Qazaxıstan - 10, Slovakiya - 6, Azərbaycan - 4, Belarus - 2.