Fransadan İngiltərəyə

Fransanın "Lill" klubunun müdafiəçisi Sven Botman karyerasını İngiltərədə davam etdirəcək.

Sportline.az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.

Mənbə 22 yaşlı niderlandlı futbolçunun bu gün "Nyukasl Yunayted"in düşərgəsində olacağını, tibbi müayinədən keçəndən sonra rəsmi müqaviləyə imza atacağını vurğulayıb. Botmanın transferinin "sağsağanlar"a 41 milyon avroya başa gələcəyi açıqlanıb.

Qeyd edək ki, Niderlandın U-21 millisinin üzvü "Nyukasl"ın bu yay reallaşdırdığı 3-cü transfer olacaq. "Ağ-qaralar" daha öncə İngiltərə millisinin qapıçısı Nik Poup və "Vest Hem"in müdafiəçisi Mett Tarqetti rənglərinə bağlayıb.