Gimnastımızdan bürünc medal

Gürcüstanın Batumi şəhərində idman gimnastikası üzrə beynəlxalq yarış keçirilib.

Sportline.az xəbər verir ki, turnirdə Azərbaycan yığma komandasının gənc gimnastları Ağamurad Qəhrəmanov, Sərvər Əliyev və Milana Minakovskaya iştirak ediblər.

Kişilərin yarışında A. Qəhrəmanov turniklə hərəkətdə bürünc medal qazanıb. 

Qadınların mübarizəsində isə M.Minakovskaya üç final mərhələsində çıxış edib. O, müxtəlif hündürlüklü qollarda 5-ci, gimnastika tiri və sərbəst hərəkətlərdə 6-cı yerdə qərarlaşıb. O, çoxnövçülük xallarına əsasən 4-cü olub.