Girassi İstanbul klubundan 40 milyon avro istəyir
"Borussiya Dortmund"un forvardı Serhu Girassinin adı "Fənərbağça" ilə hallanır.
Sportline.az xəbər verir ki, afrikalı futbolçu İstanbul klubundan 40 milyon avro transfer pulu istəyir.
İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, 30 yaşlı futbolçu "Fənərbağça"dan illik 10-12 milyon avroda maaş tələb edir.
Qeyd edək ki, S.Girassi "Dortmund"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.