Gürcüstan millisinin üzvü "Neftçi"də
“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Sportline.az xəbər verir ki, Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gürcüstan millisinin mərkəz müdafiəçisi Solomon Kverkveliya heyətə qatılıb.
30 yaşlı futbolçu Rusiyanın “Rubin”, “Nefteximik”, “Lokomotiv” (Moskva), “Rotor”, Ukraynanın “Metallist 1925” klublarında çıxış edib. Onun son komandası Tbilisi təmsilçisi “Qaqra” olub.
Kverkveliya Gürcüstan millisində 45 oyun keçirib.
Təcrübəli müdafiəçi “Lokomotiv”in heyətində 2017-2018-ci illər mövsümündə Rusiya çempionu olub, iki dəfə ölkə kubokunu, bir dəfə də Superkuboku qazanıb. O, 2011-2012 mövsümündə “Rubin”lə də Rusiya Kubokunun sahibi olub.
Kverkveliya iki dəfə – 2014 və 2017-ci illərdə Gürcüstanın ən yaxşı futbolçusu seçilib.