Hadcibegiç: "Nəticə hər iki komanda üçün ədalətli oldu"

Monteneqro millisinin baş məşqçisi Faruk Hadcibegiç Millətlər Liqasının 55-ci turunda Azərbaycan yğması ilə matçdan sonra (0:0) oyun haqqında fikirlərini bölüşüb.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, komandasından razı qaldığını bildirib:

“İstədiyimiz nəticəni əldə etdik. Çünkü qrupun digər oyununda Lüksemburq millisinin xal itirməsi işimizə yarayırdı. Hər iki komanda yaxşı oyun göstərdi və bütün bacarığını nümayiş etdirdi. Məncə, nəticə hər iki komanda üçün ədalətli oldu”.